Fransada leysan yağışlarına görə 1,6 mindən çox insan təxliyyə edilib

Əməliyyatda helikopterlərdən istifadə olunub

Bakı, Kəmalə Bədəlova, İnteraz - 10 Avqust 2018, 11:22

Fransanın cənubunda leysan yağışlarına görə 1600-dən çox insan təxliyyə edilib, bir nəfər itkin düşüb.

 

Bu barədə İnterAz "Report"a istinadən xəbər verir.

 

Əməliyyatda helikopterlərdən istifadə olunub. Qar Departamentində çayların daşması səbəbindən beş yay düşərgəsi boşaldılıb, insanlar təxliyyə edilib.

 

Daşqınlar həmçinin Drom və Ardeş departamentlərinə də təsirini göstərib.

 

Hazırda daşqın vaxtı təkərlər üstündəki daşınan evində olan 70 yaşlı Almaniya vətəndaşının axtarışı həyata keçirilir.