Paşinyan İrana gedir

O qeyd edib ki, avqustun 9-da İranın Ermənistandakı səfiri Seyid Qasım Sacadi ilə görüşüb

Bakı, Kəmalə Bədəlova, İnteraz - 10 Avqust 2018, 11:58

Ermənistan baş naziri Nikol Paşinyan yaxın günlərdə İrana səfər edəcək. 

 

İnterAz Oxu.Az-a istinadən xəbər verir ki, bu fikirləri Ermənistanın Milli Təhlükəsizlik Şurasının baş katibi Armen Qriqoryan “Facebook” hesabında yazıb. 

 

O qeyd edib ki, avqustun 9-da İranın Ermənistandakı səfiri Seyid Qasım Sacadi ilə görüşüb. 

 

“Səfir baş nazir Nikol Paşinyanın İrana gözlənilən səfərinin vacibliyini qeyd edib”, - Qriqoryan əlavə edib.