İndoneziyada nadir Quran nüsxəsi nümayiş etdirilir

Xəttat Şofvatilla Muhsaib bildirib ki, bu işə 2001-ci ildə başlayıb və 9 ilə onu tamamlayıb

Bakı, Kəmalə Bədəlova, İnteraz - 10 Avqust 2018, 13:48

İndoneziyanın Palembanq şəhərinin “Əl-Əkbər” muzeyində nadir Quran nüsxəsi nümayiş etdirilir.

 

İnterAz Oxu.Az-a istinadla xəbər verir ki, Müqəddəs Kitab taxtadan hazırlanıb. Surələr hündürlüyü 1,77 metr, eni isə 1,4 metr olan 30 ədəd lövhənin üzərində yazılıb.

 

Xəttat Şofvatilla Muhsaib bildirib ki, bu işə 2001-ci ildə başlayıb və 9 ilə onu tamamlayıb:

 

“Əvvəlcə kağız üzərində məşq edirdim, ayələri kartondan kəsib hazırlayırdım. Mütəxəssislərin müsbət rəylərindən sonra isə artıq ayələri taxta üzərində oymağa başladım”.