Hindistanda torpaq sürüşməsi 26 nəfəri öldürüb

Bildirilir ki, torpaq sürüşməsinə ştatda yağan aramsız yağışlar səbəb olub

Bakı, Kəmalə Bədəlova, İnteraz - 10 Avqust 2018, 13:53

Hindistanın Kerala ştatında torpaq sürüşməsi baş verib.İnterAz-ın Trend-ə istinadən məlumatına görə, ştatın müxtəlif rayonlarında baş verən torpaq sürüşməsində ölənlərin sayı ümumilikdə 26 nəfərə çatıb.

 

Bildirilir ki, torpaq sürüşməsinə ştatda yağan aramsız yağışlar səbəb olub. Belə ki, çərşənbə günündən başlayan güclü yağışlar hələ də davam edir.

 

Sakinlərin evləri yararsız hala düşüb, evlərə dolan suları əllə təmizləyirlər.