Bişkekdə rusiyalı iş adamının avtomobilinin altında partlayış törədilib

Hadisə yerində istintaq-əməliyyat qrupu və mütəxəssislər araşdırma aparırlar

Bakı, Gülnarə Quliyeva, , İnteraz - 10 Avqust 2018, 14:16

Qırğız Respublikasının paytaxtı Bişkekdə çoxmərtəbəli yaşayış binasının həyətində rusiyalı iş adamının avtomobilinn altında partlayış törədilib.

 

İnterAz “Report” -a istinadən xəbər verir ki, bunu Qırığız Respublikasının Daxili İşlər Nazirliyinin nümayəndəsi bildirib.

 

Hadisə yerində istintaq-əməliyyat qrupu və mütəxəssislər araşdırma aparırlar.

 

Qırğız Respublikasının “Kaktus” agentliyinin məlumatına əsasən, partlayış rusiyalı iş adamına məxsus “Lexus 570” markalı avtomobilin altında törədilib. Agentlik partlayış nəticəsində avtomobilə elə də ciddi ziyan dəymədiyini bildirib və aksiyanın iş adamını qorxutmaq məqsədilə törədildiyini ehtimal edib.