Dünyanın ən böyük məscidi İstanbulda tikilib

Məscidin təməli 6 avqust 2013-cü ildə atılıb

Bakı, Kəmalə Bədəlova, İnteraz - 10 Avqust 2018, 14:24

Dünyanın ən böyük məscidinin tikintisi yekunlaşmaq üzrədir.

 

İnterAz Oxu.Az-a istinadən xəbər verir ki, Türkiyədə – İstanbulda inşa edilən Çamlıca məscidi dünyanın ən böyük məscidi olacaq.

 

Məscidin təməli 6 avqust 2013-cü ildə atılıb. 125 min kvadratmetr sahəni əhatə edəcək.

 

Eyni vaxtda 50 min insanın ibadət edə biləcəyi məscid 2018-ci ilin Ramazan ayında xalqın ixtiyarına veriləcək.