Çin-Rusiya sərhədində 14 nəfər "qara yara"ya yoluxub

Bunu Səhiyyə və Doğumun Məhdudlaşdırılması üzrə Regional Komitə bildirib

Bakı, Kəmalə Bədəlova, İnteraz - 10 Avqust 2018, 15:03

Çinin şimal-şərqində, Rusiya ilə sərhəddə yerləşən Xeyluntszan əyalətində 14 nəfər Sibir xorasına (“qara yara”) yoluxub.

 

İnterAz “Report”a istinadən xəbər verir ki, bunu Səhiyyə və Doğumun Məhdudlaşdırılması üzrə Regional Komitə bildirib.

 

Xəstələrdən biri müayinə edilərək evə buraxılıb.