Türkiyə prezidenti: “Onların dolları varsa, bizim də Allahımız var”

Türkiyə lideri ABŞ ilə baş verən gərginlik və dolların bahalaşmasından da danışıb

Bakı, Gülnarə Quliyeva, , İnteraz - 10 Avqust 2018, 15:35

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan dünən gecə saatlarında Rizənin Güneysu rayonunda yerlilərinə səslənib.

 

İnterAz “Ölkə.Az"-a istinadən xəbər verir ki, Ərdoğan çıxışında iqtisadi dalğalanmalar və dolların bahalaşması mövzusunda açıqlamalar verib:

 

“Onların dolları varsa, bizim də xalqımız var, haqqımız var, Allahımız var”.

 

Ərdoğan bölgədə sel və torpaq sürüşmələrini də xatırladıb. Türkiyə dövlətinin və millətinin güclü olduğunu qeyd edən Ərdoğan təbii fəlakət nəticəsində ziyanların dövlət tərəfindən qarşılanacağını deyib:

“Çox calışacağıq, ölkəmizi daha müasir etmək üçün əlimizdən gələni əsirgəməyəcəyik. Bunu bilin ki, bu gün dünəndən daha yaxşı, sabah bu gündən də yaxşı olacaq. Heç şübhəniz olmasın”.

 

Türkiyə lideri ABŞ ilə baş verən gərginlik və dolların bahalaşmasından da danışıb:

 

“Müxtəlif kampaniyalar aparırlar. Heç bunlara qulaq asmayın. Unutmayın ki, onların dolları varsa, bizim də xalqımız, haqqımız, Allahımız var. Biz çox işləyirik. 16 il əvvəl harada idik, indi haradayıq? Daha yaxşı olacağıq. 2023-cü ilə fərqli girəcəyik”