Qarışqa brilyant oğurlamağa çalışıb

Qarışqa isə sərbəst buraxılıb

Bakı, Kəmalə Bədəlova, İnteraz - 14 Avqust 2018, 10:36

Sosial şəbəkələrdə İtaliyada baş vermiş qəribə hadisənin videosu paylaşılıb.

 

İnterAz xarici mətbuata istinadən xəbər verir ki, ölkədəki zərgərlik mağazalarının birində zərgərin diqqətini qarışqa cəlb edib. Həşərat özündən bir neçə dəfə böyük olan brilyant qaşı götürərək, "aradan çıxmaq” istəyib.

 

Mənbə bildirir ki, oğru "cinayət başında” yaxalanıb – qaş geri qaytarılıb, qarışqa isə sərbəst buraxılıb.