Fransada zibil toplamaq üçün qarğaları işə götürdülər

Artıq bir neçə qarğa işə başlayıb

Bakı, Gülnarə Quliyeva, , İnteraz - 14 Avqust 2018, 11:06

Fransanın bir əyləncə parkında zibilləri toplamaq üçün bu iş üçün xüsusi təlim keçmiş 6 qarğa işə götürülüb.

 

İnterAz “Ölkə.Az”-a istinadən xəbər verir ki, qarğalar topladıqları siqaret kötüyü və zibilləri kiçik bir qutuya yığacaqlar. Qarğalar maaş olaraq gətirdikləri hər zibil üçün qutudan yem götürəcəklər.

 

Əyləncə parkının müdiri Nikola de Vilyer məsələ ilə bağlı deyib: “Məqsədimiz təkcə təmizlik deyil. Çünki parka gələnlər ətrafı çirkləndirməməyə çalışırlar. Bu yolla təbiətin ətraf mühiti qorumaq məsələsində bizə dərs verə biləcəyini göstəririk”.

 

Artıq bir neçə qarğa işə başlayıb. Bazar günü isə bütün heyət işə çıxacaq. De Vilyer bildirib ki, bu qarğalar oyun yolu ilə insanlarla əlaqə qurmağı xoşlayırlar.