Körpənin ilanla cəsur davranışı

Şərhçilər valideynlərin baş verənlərə yanaşmasını kəskin tənqid ediblər

Bakı, Gülnarә Quliyeva, İnteraz - 08 Sentyabr 2018, 12:07

İnternetdə körpənin zəhərli ilanla necə oynamasının əks olunduğu video yayılıb.

 

İnterAz Oxu.Az-a istinadən xəbər verir ki, video sosial şəbəkələr vasitəsi ilə yayılaraq böyük populyarlıq qazanıb. 

 

Görüntülərin İndoneziyada lentə alındığı güman olunur. 

 

Videodan görünür ki, təxminən bir yaşlı oğlan heç nədən çəkinməyərək “Kral kobrası” ilə oynayır. Kadr arxasında isə böyüklər gülürlər və hətta uşağın ilanı öpməsini istəyirlər.

 

Şərhçilər valideynlərin baş verənlərə yanaşmasını kəskin tənqid ediblər.