Avropa dollardan imtina edir

Yunkerin sözlərinə görə, ilin sonunadək Avropa Komissiyası avronun beynəlxalq rolunun möhkəmləndirilməsi ilə bağlı təşəbbüslər təqdim edəcək

Bakı, Gülnarә Quliyeva, İnteraz - 12 Sentyabr 2018, 17:26

Növbəti ildə Avropa rəhbərliyi avronun dünya maliyyə səhnəsində əhəmiyyətini yüksəltmək üçün əlavə tədbirlər görməlidir. 

 

İnterAz Oxu.Az-a istinadla xəbər verir ki, bu fikirlər Avropa Komissiyasının sədri Jan-Klod Yunkerin Avropa Parlamentində bəyanatında yer alıb. 

 

Xüsusilə, o, Avropanın enerji daşıyıcılarına idxalın 80 faizinin dollarla ödənməsini absurd hal adlandırıb. Bununla yanaşı, yalnız idxalın 2 faizi ABŞ-ın payına düşür. Yunker Avropa aviaşirkətlərinin Avropa təyyarələrinə görə dollar ödəməsini də absurd hesab etdiyini dilə gətirib.

 

Yunkerin sözlərinə görə, ilin sonunadək Avropa Komissiyası avronun beynəlxalq rolunun möhkəmləndirilməsi ilə bağlı təşəbbüslər təqdim edəcək.

 

Bundan öncə, “Bank of America Merrill Lynch” bəyan edib ki, Avropa yeni qlobal böhranın episentri ola bilər və bu, ABŞ-a da təsir edəcək.