ABŞ Çinə yeni ticarət danışıqları təklif edib

Bundan əlavə, Çin-ABŞ danışıqlarında son zamanlar yaranmış çətinliklər nəzərə alınmaqla, rəsmi Pekin Vaşinqtonun dəvətini rədd edə və ya görməməzlikdən gələ bilər

Bakı, Gülnarә Quliyeva, İnteraz - 13 Sentyabr 2018, 11:56

ABŞ Prezidenti Donald Tramp Administrasiyası Çinə sentyabr ayının sonuna qədər ticarət müzakirələrinin növbəti mərhələsini keçirməklə ildə 200 milyard ABŞ dolları dəyərində olan Çin mallarının ABŞ-a idxalı üzrə yeni rüsumların tətbiq edilməsinin qarşısını almaq baxımından daha bir şans təklif edib.

 

İnterAz "Report"a istinadən xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumatlı mənbələrə istinadən yazıb.

 

Qəzetin yazdığına görə, Çin Xalq Respublikasının Dövlət Şurasının vitse-prezidenti Lyu Henin rəhbərlik etdiyi Çin tərəfinə təklifi ABŞ-ın maliyyə naziri Stiven Mnuçin göndərib.

 

ABŞ hökumətinin bir sıra nümayəndələri Çin liderlərinin sıralarında zəiflik hiss etdiklərini iddia edirlər və Çinin yeni rüsumların təhlükəsi altında daha çox elastiklik göstərəcyinə ümid bəsləyirlər.

 

Mənbələr qeyd edirlər ki, danışıqlara dəvət dönüş nöqtəsi kimi qəbul oluna bilməz, çünki Ağ evdə Çinlə bağlı vahid fikir yoxdur. Bəzilərinin fikrincə, danışıqlar 50 milyard dollar məbləğindəki mallara tətbiq edilmiş rüsumlardan əlavə 200 milyard ABŞ dolları dəyərindəki mallara da rüsumların tətbiqinin qarısını çətin alsın.

 

Bundan əlavə, Çin-ABŞ danışıqlarında son zamanlar yaranmış çətinliklər nəzərə alınmaqla, rəsmi Pekin Vaşinqtonun dəvətini rədd edə və ya görməməzlikdən gələ bilər.