Türkiyə Rusiyaya yeni səfir təyin edib

Qeyd olunur ki, əvvəllər M.Samsar Ukraynada səfir işləyib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 13 Sentyabr 2018, 13:27

Türkiyə Xarici İşlər Nazirliyi Rusiyada yeni səfir təyin edib.

 

InterAz-ın "Anadolu" Agentliyinə istinadən verdiyi xəbərə görə, sözügedən ölkədə 2016-cı ildən etibarən çalışan Hüseyn Diriözün əvəzinə XİN-nin Konsulluq Xidmətinin başçısı Mehmet Samsar təyinat alıb.

 

Qeyd olunur ki, əvvəllər M.Samsar Ukraynada səfir işləyib.