Heydər əl-Abadi İraq baş nazirliyi postuna meyilli olmadığını bildirib

O həmçinin fəaliyyəti zəminində müctəhid Ayətullah Sistaninin məsləhətlərinə qulaq asdığını vurğulayıb

Bakı, Gülnarә Quliyeva, İnteraz - 14 Sentyabr 2018, 09:59

İraqın səlahiyyət müddəti bitmiş hazırki baş naziri Heydər əl-Abadi hakimiyyətə gəlməkdə meyilli olmadığını bildirib. Bəzi ekspertlər bunu baş nazirin namizədliyini irəli sürməmək fikrində olduğu kimi qələmə veriblər.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, İraq baş naziri Heydər əl-Abadi ötən gün keçirilən həftəlik mətbuat konfransı zamanı hakimiyyət fikrində olmadığını və konstitusiya qanunlarının icrasının qarşısında öhdəlik götürdüyünü bildirib.

 

O həmçinin fəaliyyəti zəminində müctəhid Ayətullah Sistaninin məsləhətlərinə qulaq asdığını vurğulayıb.

 

“Bu bizim gücümüz və özəlliklərimizdir, digərlərinin fikrində bu qeyri mümkün görünür. Bu bizim iftixar edəcəyimiz məqamlardır ki biz onu həyata keçirmişik. Həyata keçirdiklərimiz öz gücümüzə və xalqın fədakarlığına arxalanaraq və Allaha təvəkkül edərək baş tutub. Hakimiyyətə təşəbbüsümüz yoxdur. Yalnız qanunun icrası zəminində öhdəliyimizi götürmüşük. Biz din müctəhidlərinin göstərişlərinə hörmətlə yanaşır və ona hə deyirik. Bizim planımız və platformamız iraqlıdır nə şərqlidir, nə də qərbli. İndi biz onu tamamlamağa çalışırq və bütün iraqlıların xeyrinə olaraq onu həyata keçirmək istəyirik” deyə İraqın hazırki baş naziri haimiyyətə meyilli olmadığını açıqlayıb.