Finlandiyada şam zavodunda yanğın olub

Həlak olan və xəsarət alanlar barədə məlumatın olmadığı bildirilir

Bakı, Gülnarә Quliyeva, İnteraz - 14 Sentyabr 2018, 10:42

Finlandiyanın cənubundakı Salo şəhərində sakinlərin təxliyəsinə başlanılıb.

 

İnterAz-ın xarici mətbuata istinadən məlumatına görə, belə bir qərar şəhərdə şam istehsalı zavodunda başlayan yanğınla əlaqədar qəbul edilib.

 

Ərazisi 10 min kvadrat metr olan zavodda 200 ton parafinin yandığı bildirilir ki, bu da yanğının söndürülməsini çətinləşdirib.

 

Fövqəladə xidmətin hadisə ilə bağlı verdiyi son məlumata görə, parafin yandığından havada zəhərli qaz kütləsi artıb. Eləcə də ətrafda görmə çətinləşdiyindən yanğınsöndürənlərin işləməsi çətinləşib.

 

Həlak olan və xəsarət alanlar barədə məlumatın olmadığı bildirilir.