VTB sədri Rusiyanın dollar imtinası üçün plan fikirləşib

Üçüncü maddə kimi, Kostin Rusiyanın avroistiqrazlara ehtiyacını göstərib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 14 Sentyabr 2018, 11:00

VTB sədri Andrey Kostin ABŞ valyutasından imtina üçün plan hazırlayıb. 

 

İnterAz Oxu.Az-a istinadən xəbər verir ki, o, bununla bağlı “İzvestiya” qəzetinə danışıb. 

 

Onun sözlərinə görə, yol xəritəsi minimum üç genişmiqyaslı maddədən ibarətdir. Kostin, birinci addım kimi, digər ölkələrlə idxal-ixrac əməliyyatlarının başqa valyuta ilə həyata keçirilməli olduğunu deyib. 

 

İkinci addım kimi, Rusiyanın nəhəng holdinqlərinin huquqi ünvanı dəyişdirilməlidir. “ABŞ-ın aprel sanksiyaları altına düşən həmkarlarımızdan başa düşdük ki, başqa ölkədə qeydiyyatdan keçmək gələcək planların icrasını çətinləşdirir”, - o deyib. 

 

Üçüncü maddə kimi, Kostin Rusiyanın avroistiqrazlara ehtiyacını göstərib. 

 

2017-ci ilin oktyabrında sabiq maliyyə naziri Aleksey Kurdin bəyan edib ki, ABŞ sanksiyaları beynəlxalq hesablaşmalarda rublun istifadəsinə imkan yaradacaq.