Vaşinqton regionda həqiqi müttəfiqlərinin kim olduğuna qərar verməlidir - Çavuşoğlu

Rəsmi Vaşinqton regionda həqiqi müttəfiqlərininin kim olduğuna qərar verməlidir

Bakı, Gülnarә Quliyeva, İnteraz - 14 Sentyabr 2018, 11:51

PKK-nın Suriya qanadı  YPG-nin Türkiyə sərhədinə bir neçə kilometr yaxınlıqda fəaliyyət göstərməsinin izah ediləcək bir tərəfi yoxdur. Rəsmi Vaşinqton regionda  həqiqi müttəfiqlərininin kim olduğuna qərar verməlidir.  

 

İnterAz-ın SalamNews-a isitnadən verdiyi xəbərə görə, bunu Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu bəyan edib.

 

"YPG, 30 ildən çoxdur Türkiyədə terror kampaniyası yürüdən PKK-nın Suriya qoludur. Türkiyə, ABŞ və Avropa İttifaqı ölkələri PKK-nı  terror təşkilatı kimi tanıyıb", deyə o bildirib.