Müsəlman ölkələrində “Hüseynin südəmər körpələri” ayini keçirilib

Dini ənənəyə əsasən bır sıra müsəlman ölkələrində məhərrəmin ilk cümə günü “Hüseynin südəmər körpələri” ayini keçirilir

Bakı, Gülnarә Quliyeva, İnteraz - 14 Sentyabr 2018, 12:31

İmam Hüseynin (ə) Kərbəlada şəhid olan südəmər körpələrinin anıldığı ayin Məhərrəm ayının ilk cümə günündə keçirilir.

 

İnterAz SalamNews-a istinadən xəbər verir ki, bu gün hüznlü Məhərrəm ayının 4-ü həm də cümə gününə təsadüf edir.

 

Dini ənənəyə əsasən bır sıra müsəlman ölkələrində məhərrəmin ilk cümə günü “Hüseynin südəmər körpələri” ayini keçirilir.

 

Bu ayin əsasən İranda, İraqda, Livan, Azərbaycan və Bəhreyndə və inanclı Əhli-beyt davamçılarının kompakt yaşadığı bölgələrdə keçirilir.

 

Analar öz südəmər körpələrini bu ayinə aparmaqla İmam Hüseynin (ə) Kərbəla səhrasında üzləşdiyi faciəvi tarixi anırlar.

 

Tarixi faktlara əsasən Aşura günü İmam Hüseyn (ə) Yezid ibni Müaviyənin ordusundan 6 aylıq övladı Əliyyi-Əsgərə su verilməsini istəyir. Lakin Yezidin əmri ilə İraq valisi Ubeydullah ibni Ziyadın ezam etdiyi ordu 6 aylıq körpəyə və digər 72 nəfərə su verməkdəm imtina edir və sonda südəmər körpə və atası İmam Hüseyn (ə) daxil olmaqla 72 nəfər faciəvi şəkildə qətliam edilir. Onların başı kəsilərək əsir qadınlarla birgə İraqa daha sonra isə Dəməşqə Yezidin hüzuruna aparılır.