Tramp Paşinyanla görüşdən imtina edib

Görüş Paşinyanın sentyabrda ABŞ-a səfəri zamanı baş tuta bilərdi

Bakı, Gülnarә Quliyeva, İnteraz - 14 Sentyabr 2018, 13:16

ABŞ prezidenti Donald Tramp Ermənistan baş naziri Nikol Paşinyanla görüşdən imtina edib. Görüş Paşinyanın sentyabrda ABŞ-a səfəri zamanı baş tuta bilərdi.

 

İnterAz Oxu.Az-a istinadən xəbər verir ki, bununla bağlı “Sputnik Ermənistan” məlumat yayıb. 

 

ABŞ prezidentinin bu görüşdən imtina etməsinin üç səbəbi var: Paşinyanın Rusiyaya səfəri, Ermənistanın Suriyaya humanitar yardım missiyasında iştirakı və rusiyalı mütəxəssislərin Ermənistandakı Amerika laboratoriyasına buraxılması. 

 

Agentlik bildirib ki, Trampla Paşinyan arasında görüş faktı rəsmi şəkildə təsdiq edilməmişdi. 

 

“Söhbət belə bir görüşün hazırlığı ilə bağlı idi. Bu cür görüşə bəzi konqresmenlər lobbiçilik edirdi”, - məlumatda qeyd edilib.