Ərdoğan və Putinin görüş tarixi açıqlanıb

Türkiyə İdlib məsələsində əməkdaşlığa hazırdır

Bakı, Gülnarә Quliyeva, İnteraz - 14 Sentyabr 2018, 13:27

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə sentyabrın 17-də Soçidə görüşəcək. 

 

İnterAz Türkiyə mətbuatına istinadən xəbər verir ki, bununla bağlı Pakistanda səfərdə olan Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında deyib.

 

O bildirib ki, liderlər Suriya məsələsini müzakirə edəcəklər. 

 

“Türkiyə İdlib məsələsində əməkdaşlığa hazırdır. Suriya böhranının siyasi yolla həllini istəyirik”, - Çavuşoğlu deyib. 

 

Xatırladaq ki, Putin və Ərdoğan sonuncu dəfə sentyabrın 7-də Tehranda görüşmüşdü.