Rusiya "İsgəndər-M" kompleksini Qırğızıstana aparıb

"İssık-Kul-Antiterror-2018" adı verilən təlimlər zamanı hərbçilər "Edelveiss" dağ poliqonunda "terrorçuların" əsas düşərgəsinə raket zərbələri endirəcək

Bakı, Gülnarә Quliyeva, İnteraz - 19 Sentyabr 2018, 09:02

Rusiya Müdafiə Nazirliyi ilk dəfə olaraq "İsgəndər-M" raket kompleksini MDB dövlətlərinin iştirakı ilə keçirilən antiterror təlimlərində istifadə üçün Uraldan Qırğızıstana köçürüb.

 

İnterAz-ın məlumatına görə, bu barədə RİA Novostiyə Mərkəzi Hərbi Dairədən bildirilib.

 

"İssık-Kul-Antiterror-2018" adı verilən təlimlər zamanı hərbçilər "Edelveiss" dağ poliqonunda "terrorçuların" əsas düşərgəsinə raket zərbələri endirəcək.