Ərdoğan: Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin

Bundan sonra Türkiyədə bütün maliyyə əməliyyatları milli valyutada aparılacaq

Bakı, Gülnarә Quliyeva, İnteraz - 19 Sentyabr 2018, 18:00

Türkiyədə heç bir iqtisadi böhran yoxdur.

 

İnterAz-ın Trend-ə istinadən məlumatına görə, bu bəyanatla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.

 

Türkiyə liderinin sözlərinə görə, ölkənin daxilində bəzi qüvvələr var ki, iqtisadi böhranın olmasında maraqlıdırlar.

 

R.T.Ərdoğan deyib: "Bundan sonra Türkiyədə bütün maliyyə əməliyyatları milli valyutada aparılacaq. Bura ABŞ deyil ki, dollar istifadə olunsun".