Rusiya prezidenti snayperdən atəş açıb

Prezident hərbi sursatların olduğu sektoru gəzdikdən sonra təlim atışı edib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 20 Sentyabr 2018, 10:18

Rusiya prezidenti Vladimir Putin Moskvanın Kubinka ərazisindəki “Patriot Park”da təşkil edilən silahlı qüvvələrin mərasiminə qatılıb.

 

İnterAz Rusiya mətbuatına istinadən xəbər verir ki, yeni silahlarla tanış olan Putin snayperlərdən birini özü sınaqdan keçirib.

 

Prezident hərbi sursatların olduğu sektoru gəzdikdən sonra təlim atışı edib. O, 600 metr məsafədən 5 dəfə atəş açmaqla hədəfi vura bilib.