Donald Tramp Federal Ehtiyat Sistemini "dəli olmaq"da ittiham edib

Mən hesab edirəm ki, FES səhvə yol verir, o çox sərt addım atır

Bakı, Gülnarә Quliyeva, İnteraz - 11 Oktyabr 2018, 08:41

Amerikanın Mərkəzi Bank funksiyasını yerinə yetirən Federal Ehtiyat Sistemi (FES) çox sərt siyasət aparır və "dəli olub".

 

İnterAz “Report”a istinadən xəbər verir ki, bu sözləri çərşənbə günü ABŞ prezidenti Donald Tramp Amerikanın "Dow Jones" sənaye indeksinin kəskin aşağı düşməsi fonunda deyib.

 

Jurnalistlər prezidentə sual veriblər ki, "o hazırkı vəziyyətdən narahatdırmı?"

 

"Xeyir. Mən hesab edirəm ki, FES səhvə yol verir, o çox sərt addım atır. Düşünrəm ki, FES dəli olub", - deyə Tramp cavab verib.

 

"Dow Jones" indeksi ABŞ dövlət istiqrazlarının gəlirliliyinin artırılması fonunda Nyu-York Fond Birjasının sessiyalarının yekunu üzrə 831,83 bənd (3,15%) aşağı düşüb. Sessiyadan əvvəl isə "Dow Jones" indeksi 25598,74 bənd səviyyəsində idi.