Paşinyan istefasının tarixini bəyan edib

Növbədənkənar seçkilər güman ki, dekabrın 9-10-da keçiriləcək, üstəgəl bir-iki gün

Bakı, Gülnarә Quliyeva, İnteraz - 11 Oktyabr 2018, 09:10

Ermənistan baş naziri Nikol Paşinyan oktyabrın 16-dək istefaya gedəcək. 

 

İnterAz xəbər verir ki, bunu o, France24 telekanalına müsahibəsində bildirib. 

 

“Növbədənkənar seçkilər güman ki, dekabrın 9-10-da keçiriləcək, üstəgəl bir-iki gün. Bunun üçün istefaya oktyabrın 16-dək getməliyəm”, - deyə o vurğulayıb.

 

Bundan öncə Paşinyan bildirib ki, istefasından sonra parlament iki dəfə baş naziri seçmir, ardınca parlament buraxılır və növbədənkənar seçkilər təyin olunur.