Türkiyə İdlibdəki qruplaşmaların təyin edilən zonadan çıxdığını elan edib

Bildirilib ki, Soçi anlaşmasına əsasən İdlibdə təmas xəttində və deskalasiya zonalarında 15-20 km enliyində silahların olmadığı ərazinin təmin edilməsi başa çatıb

Bakı, Gülnarә Quliyeva, İnteraz - 11 Oktyabr 2018, 11:56

Soçi anlaşmasına əsasən İdlibdə silahsız ərazinin təmin edilməsi prosesi başa çatıb.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki bu barədə Türkiyənin Müdafiə Naziriliyi bəyanat verib.

 

Bildirilib ki, Soçi anlaşmasına əsasən İdlibdə təmas xəttində və deskalasiya zonalarında 15-20 km enliyində silahların olmadığı ərazinin təmin edilməsi başa çatıb.

 

Əlavə edilib ki, qruplaşmalar sözügedən bölgədən öz ağır silahlarını çıxarıblar.

 

Tükiyə tərəfinin bəyanatından sonra rəsmi Moskva da məsələyə münasibət bildirib və deskalasiya zonasında deyilən miqdarda silahsız ərazinin təmin edilməsinin baş tutub, tutmaması haqda monitorinqlərin keçirəcəyini bildirib.