İran İnqilabının ali lideri inflyasıyaya görə ölkə rəsmilərinə göstərişlər verib

İranda ABŞ-ın əsassız sanksiyalarından irəli gələn bəzi iqtisadi problemlərin həlli üçün 3 hakimiyyətin əməkdaşlığını vacib bilən Ayətullah Xamenei müvafiq qurumlardan ciddi və təsirli addımlar atmağı istəyib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 11 Oktyabr 2018, 14:08

“Bu problemlər xüsusilə də bahaçılıq, əhalinin alıcılıq gücünün azalması insanları sıxıntıya salıb. Bank sistemi probleminin, işsizlik, inflyasiya və valyuta ilə bağlı problemlərin həlli üçün ciddi qərarlar verin!”

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bunu İran İslam İnqilabının Ali lideri Ayətullah Seyid Əli Xamenei dövlətin 3 hakimiyyətlərinin rəhbərləri ilə görüşü zamanı deyib.

 

Ölkədə bank sistemlərinin mövcud problemlərinə və milli valyutanın dəyərinin kəskin düşməsi məsələsinə toxunan Ayətullah Xamenei 3 hakimiyyətin rəhbərlərindən məsələnin həlli üçün ciddi qərarlar verməyi tələb edib.

 

İranda ABŞ-ın əsassız sanksiyalarından irəli gələn bəzi iqtisadi problemlərin həlli üçün 3 hakimiyyətin əməkdaşlığını vacib bilən Ayətullah Xamenei müvafiq qurumlardan ciddi və təsirli addımlar atmağı istəyib.

 

İran İslam İnqilabının Ali lideri həmçinin Həsən Ruhani Administrasiyasından istəyib ki, ölkənin eilmi-iqtisadi institutları tərəfindən verilən təklif və çıxış yollarını dəyərləndirsinlər.

 

Qeyd edək ki, İranın milli valyutası ötən ayda dollar qarşısında öz dəyərini ciddi şəkildə itirmiş və rekord həddə enmişdi. Cari ayda İranın valyuta bazarında stabillik nisbi şəkildə müşahidə edilməyə başlayıb.