İndoneziyada məktəb binasının uçması nəticəsində 20 nəfər ölüb

Binanın uçmasına səbəb sel axınları olub

Bakı, Gülnarә Quliyeva, İnteraz - 15 Oktyabr 2018, 09:09

İndoneziyada ibtidai məktəb binasının bir hissəsi uçub.

 

Bu barədə İnterAz CNN-ə istinadən xəbər verir.

 

Yerli hakimiyyət orqanlarının yaydığı məlumata görə, hadisə Şimali Sumatra əyalətində baş verib. Binanın uçmasına səbəb sel axınları olub. Hadisə nəticəsində 20 nəfər həlak olub. Qeyd edilir ki, onlardan ən azı 11-i şagirddir.

 

Bir neçə gün əvvəl İndoneziyanın Şərqi Yava əyalətində baş vermiş zəlzələ nəticəsində ən azı 3 nəfər ölüb, daha bir neçə nəfər yaralanıb