Avstraliya Qüdsü İsrailin paytaxtı kimi tanıya bilər

Netanyahu həmkarına təşəkkürünü bildirib və iki ölkə arasında münasibətləri möhkəmləndirməyi davam etdirəcəyinə söz verib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 16 Oktyabr 2018, 08:32

Avstraliya Qüdsü İsrailin paytaxtı kimi tanımaq və öz səfirliyini ora köçürtmək məsələsini nəzərdən keçirir.

 

İnterAz “Report”a istinadən xəbər verir ki, bu barədə İsrailin baş naziri Binyamin Netanyahunun mətbuat xidməti onun avstraliyalı həmkarı Skott Morrisonla görüşündən sonra məlumat yayıb.

 

"Avstraliya hökumətinin rəhbəri mənə dedi ki, Qüdsü rəsmən İsrailin paytaxtı kimi tanımaq və Avstraliya səfirliyini Qüdsə köçürmək qərarını nəzərdən keçirir", — deyə məlumatda bildirilir.

 

Netanyahu həmkarına təşəkkürünü bildirib və iki ölkə arasında münasibətləri möhkəmləndirməyi davam etdirəcəyinə söz verib.

 

Bundan əvvəl Çexiya prezidenti Miloş Zeman ölkənin İsraildəki səfirliyinin Qüdsə köçürülə biləcəyini istisna etməmişdi.