Səudiyyə Ərəbistanının qırıcısı qəzaya uğrayıb, ekipaj üzvləri ölüb

Hadisə Səudiyyə Ərəbistanının şimal-qərbində, İordaniya ilə sərhəd bölgəsində baş verib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 16 Oktyabr 2018, 10:44

Səudiyyə Ərəbistanının Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarə qəzaya uğrayıb.

 

İnterAz “Report”a istinadən xəbər verir ki, bu barədə krallığın Müdafiə Nazirliyi məlumat yayıb.

 

Hadisə Səudiyyə Ərəbistanının şimal-qərbində, İordaniya ilə sərhəd bölgəsində baş verib.

 

Qəza nəticəsində ekipaj üzvləri ölüb. Ölənlərin sayı hələ ki dəqiq məlum deyil.