Kadırov Paşinyan və Makronu Qroznıya dəvət edib

O, bu qərara Makronla Paşinyanın birlikdə Qafqaz rəqsi etdiyi kadrları gördükdən sonra gəldiyini bildirib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 16 Oktyabr 2018, 11:32

Çeçenistan rəhbəri Ramzan Kadırov Fransa prezidenti Emmanuel Makron və Ermənistan baş naziri Nikol Paşinyanı rəqs festivalına dəvət edib. 

 

İnterAz “İnterfaks”a istinadən xəbər verir ki, Kadırov bu barədə özünün Telegram-kanalında yazıb. 

 

O, bu qərara Makronla Paşinyanın birlikdə Qafqaz rəqsi etdiyi kadrları gördükdən sonra gəldiyini bildirib. 

 

“Belə fikrə gəldim ki, Paşinyan-Makron rəqsi Qafqaz xalqlarına faydalı ola biləcək rəqs marafonunun başlanğıcı ola bilər. Düşünürəm ki, təşəbbüsü tanınmış siyasətçilər, ictimai xadimlər dəstəkləyə bilər”, - deyə Kadırov vurğulayıb.