Səudiyyə Ərəbistanı Camal Qaşıqçının qətlə yetirildiyini təsdiq edib

Bu barədə ölkənin baş prokurorunun dövlət televiziyası ilə yayımlanan bəyanatına istinadən "Reuters" məlumat yayıb

Bakı, Gülnarә Quliyeva, İnteraz - 20 Oktyabr 2018, 09:34

Səudiyyə Ərəbistanı hökuməti yerli jurnalist Camal Qaşıqçının Krallığın İstanbuldakı Baş konsulluğunda münaqişə nəticəsində öldüyünü təsdiq edib.

 

İnterAz  TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin baş prokurorunun dövlət televiziyası ilə yayımlanan bəyanatına istinadən "Reuters" məlumat yayıb.

 

Həmçinin bildirilir ki, Qaşıqçının qətlə yetirilməsi ilə bağlı iş üzrə Səudiyyə Ərəbistanının 18 təbəəsi saxlanılıb.