Səudiyyə Ərəbistanının Ümumi Kəşfiyyat Xidməti yenidən təşkil ediləcək

Bildirilir ki, bunun üçün şahzadənin rəhbərliyi altında komitə yaradılıb

Bakı, Gülnarә Quliyeva, İnteraz - 20 Oktyabr 2018, 10:35

Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdül Əziz əs-Səud şahzadə Məhəmməd ibn Salman əs-Səuda Ümumi Kəşfiyyat Xidmətini yenidən təşkil etmək tapşırığı verib.

 

İnterAz “Report”a istinadən xəbər verir ki, bu barədə Səudiyyə xəbər agentliyi məlumat yayıb.

 

Bildirilir ki, bunun üçün şahzadənin rəhbərliyi altında komitə yaradılıb.