İstanbuldakı yeni hava limanının adı açıqlanıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan adın İstanbul Hava Limanı qoyulduğunu açıqlayıb

Bakı, Gülnarә Quliyeva, İnteraz - 30 Oktyabr 2018, 08:53

İstanbulda istifadəyə verilən sayca üçüncü hava limanının adı məlum olub.

 

İnterAz xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan adın İstanbul Hava Limanı qoyulduğunu açıqlayıb.

 

O, İstanbulun Türkiyənin ən dəyərli brendi olduğu üçün hava limanının bu adla adlandırıldığını bildirib.

 

Ərdoğan Atataürk Hava Limanının taleyi haqqında danışıb və bu limanın fəaliyyət göstərdiyi sahələrdə adı ilə xidmət göstərməyə davam edəcəyini, qapalı məkanlarının isə ən böyük sərgi sahələrinə çevriləcəyini bildirib.