Bin-Salman Səudiyyənin əsas düşməni olan iki şəxsin adını açıqlayıb

ABŞ İncil Xristianları Cəmiyyətini”nin üzvü Joel Rozenberq bildirib ki Bin-Salman bu görüşdə Səudiyyənin hazırki düşmənlərini də açıqlayıb

Bakı, Gülnarә Quliyeva, İnteraz - 07 Noyabr 2018, 12:50

 “İranda inqilabın banisi Ayətullah Xomeyni və Misirin keçmiş prezidenti Camal Abdunnasir bölgəni dağıtdılar və Səudiyyə Ərəbistanı üçün böyük problemlər yaratdılar.”

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bunu Səudiyyə Ərəbistanın vəliəhdi Məhəmməd bin Salman İsrailə dəstək verən Amerikanın “İncil Xristianları Cəmiyyətini”nin üzvlərini ər-Riyadda qəbul edərkən deyib.

 

Bir həftə öncə baş tutan bu görüş barədə fikirlərini bildirən “İncil Xristianları Cəmiyyətini”nin nümayəndə heyətinin başçısı Joel Rozenberq Bin-Salmanın bölgədəki vəziyyətlə bağlı fikirlərini açıqlayıb.

 

O bildirib ki, Bin-Salman görüş zamanı İran İslam İnqilabının banisi Ayətullah Xomeyni və Misirin mərhum prezidenti Camal Abdunnasir haqda mənfi fikirlərini gizlətməyib və bildirib bu iki şəxs “bölgəni dağıdıb” və Səudiyyəyə problemlər yaradıblar.

 

İsrailin ər-Riyada göndərdiyi qeyri rəsmi səfiri hesab edilən  “ABŞ İncil Xristianları Cəmiyyətini”nin üzvü Joel Rozenberq bildirib ki Bin-Salman bu görüşdə Səudiyyənin hazırki düşmənlərini də açıqlayıb.

 

Onun sözlərinə görə, İran, İxvanul-Muslimin, Hizbullah və HƏMAS Səudiyyənin düşmənləridir. O əlavə edib ki, “İŞİD və əl-Qaidə də Səudiyyənin düşmənləridir.”

 

Qeyd edək ki, son zamanlarda İsraillə körfəz ərəb dövlətləri arasında əlaqələrin normallaşması fonunda keçirilən görüşlər rəsmi xarakter almağa başlayıb. Ekspertlər İsraildə yaşayan yazıçı Joel Rozenberq-i və onun başçılıq etdiyi “ABŞ İncil Xristianları Cəmiyyətini”nin nümayəndə heyətini İsrailin Səudiyyəyə ezam etdiyi qeyri-rəsmi səfirləri deyə qiymətləndiriblər.