Barselonada bomba təhlükəsinə görə iki dəmir yol xətti bağlanıb

Kataloniya polisindən bildirilib ki, stansiyanın təhlükəsizlik əməkdaşları çantada bomba yerləşdirilməsindən şübhələnərək, polisə məlumat veriblər

Bakı, Gülnarә Quliyeva, İnteraz - 07 Noyabr 2018, 13:09

İspaniyanın Kataloniya əyalətinin mərkəzi olan Barselona şəhərində iki dəmiryol xəttinə bomba qoyulması ilə bağlı məlumat yayılıb.

 

İnterAz “Report”a istinadən xəbər verir ki, bu səbəbdən şəhərin Sants de Barselona stansiyasındakı hər iki dəmiryol xəttində hərəkət dayandırılıb, giriş bağlanıb.  

 

Kataloniya polisindən bildirilib ki, stansiyanın təhlükəsizlik əməkdaşları çantada bomba yerləşdirilməsindən şübhələnərək, polisə məlumat veriblər. Hadisə yerinə polis və partlayıcı zərərsizləşdirən mütəxəssislər cəlb olunub. Kataloniyanın hüquq-mühafizə orqanları şaiyə və doğru olmayan informasiyaları yaymamağa çağırıb.

 

Qeyd edək ki, Barselona İspaniyanın ikinci böyük şəhəridir.