Nikol Paşinyan KTMTŞ-nın sessiyasında iştirak edəcək

N.Paşinyan Astana şəhərində keçiriləcək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Şurasının (KTMTŞ) sessiyasında iştirak edəcək

Bakı, Gülnarә Quliyeva, İnteraz - 07 Noyabr 2018, 14:28

Ermənistanda baş nazir vəzifəsini icra edən Nikol Paşinyan noyabrın 8-9-da Qazaxıstana işgüzar səfərə gedəcək.

 

İnterAz “Report”a istinadən xəbər verir ki, N.Paşinyan Astana şəhərində keçiriləcək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Şurasının (KTMTŞ) sessiyasında iştirak edəcək.

 

Qeyd edək ki, KTMTŞ üzvü olan ölkələrin (Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan) hökumət başçılarının iştirak edəcəyi sessiyanın gündəliyindəki əsas məsələ erməni Yuri Xaçaturovun istefası ilə boşalan baş katib vəzifəsinə seçkilərdir. 

 

KİV xəbərlərinə görə, Ermənistan tərəfi bu kürsüdə onların təmsilçisilərinin olması üçün canfəşanlıq etdiyi halda,  KTMTŞ dairələrində həmin vəzifəyə Belarusun Təhlükəsizlik Şurasının Baş katibi Stanislav Zasın təyinatı məsələsi müzakirə olunur.