Çində zavodda partlayış olub, ölənlər və yaralananlar var

Yaralılara tibbi yardım göstərilib və onlar xəstəxanaya yerləşdirilib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 08 Noyabr 2018, 08:45

Çində kimyəvi gübrə zavodunda partlayış baş verib.

 

İnterAz "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Sinhua" agentliyi məlumat yayıb.

 

Bildirilir ki, hadisə Hebey vilayətində qeydə alınıb. Sinle şəhərindəki müəssisədə peçin partlaması nəticəsində 6 nəfər ölüb, daha 7 nəfər yaralanıb. Yaralılara tibbi yardım göstərilib və onlar xəstəxanaya yerləşdirilib. Məlumata görə, onlardan 2-nin vəziyyəti ağırdır.

 

Hadisənin səbəbi araşdırılır.