İmam Rzanın məzarının ziyarəti üçün Məşhədə 2.6 milyon zəvvar daxil olub

Bildirilib ki, səfər ayının son matəm günlərini Məşhəddə keçirmək üçün gələn zəvvarların sayı 2 milyon 600-ü keçib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 08 Noyabr 2018, 11:29

Müsəlmanların səkkizinci imamı İmam Rzanın şəhid edildiyi gündə Məşhəd şəhərinə daxil olan zəvvarların sayı 2.6 milyonu keçib.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bu barədə İranın Xorasan-Rəzəvi əyalətinin  “Zəvvarların Rifah İşləri İdarəsi” məlumat verib.

 

Bildirilib ki, səfər ayının son matəm günlərini Məşhəddə keçirmək üçün gələn zəvvarların sayı 2 milyon 600-ü keçib.

 

Qeyd edək, ki səfər ayının 20-i Ərbəin günündə İmam Hüseynin məqbərəsi istiqamətdə zəvvarların piyada yürüşü baş tutduğu kimi, səfər ayının sonunda İmam Rzanın məqbərəsi istiqamətdə də zəvvarların piyada yürüşü baş tutur.