Kaliforniyada meşə yanğınları minə yaxın evi məhv edib, ölənlər var

Hakimiyyət Paradaysın bütün əhalisi - 27 min nəfərin təxliyəsini elan edib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 09 Noyabr 2018, 10:01

ABŞ-ın Kaliforniya ştatının şimalı Paradays şəhərində meşə yanğınları minlərlə evi məhv edib.

 

İnterAz xarici mətbuata istinadən xəbər verir ki , yanğın nəticəsində ölənlər var. Qeyd olunur ki, yanğın artıq 7,2 min hektardan çox əraziyə yayılıb.

 

Hakimiyyət Paradaysın bütün əhalisi - 27 min nəfərin təxliyəsini elan edib. Regionda ümumi 50 minə yaxın adam təxliyə olunub.