Mosulda partlayış nəticəsində ölən və yaralananlar var

Bildirilir ki, partlayıcı qurğu şəhərdəki "Abu Layla" restoranı yaxınlığında park edilmiş avtomobildə işə salınıb

Bakı, Gülnarә Quliyeva, İnteraz - 09 Noyabr 2018, 10:53

İraqın Mosul şəhərində partlayış nəticəsində azı 3 nəfər ölüb, daha 9 nəfər yaralanıb.

 

İnterAz RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Al-Sumaria" telekanalı məlumat yayıb.

 

Bildirilir ki, partlayıcı qurğu şəhərdəki "Abu Layla" restoranı yaxınlığında park edilmiş avtomobildə işə salınıb.

 

Hadisə qurbanları barədə məlumatlar bir-birindən fərqlənir."Iraqi News" İraqın Təhlükəsizlik Xidmətinə istinadən yaydığı məlumatda, 2 nəfərin öldüyünü, 11-nin isə yaralandığını bildirir. Eyni zamanda"Reuters" Mosulun tibb xidmətinə istinadən 5 nəfərin öldüyünü, daha 14-nün isə yaralandığını xəbər verir.

 

Bundan əvvəl Moskvadakı “Yerevan plaza”da partlayış təhlükəsi ilə bağlı təxliyyə olub.