Şimal Buzlu okeanında zəlzələ baş verib

İnsan tələfatı və ya dağıntılar barədə məlumat verilməyib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 09 Noyabr 2018, 11:58

Şimal Buzlu okeanında 6,8 bal gücündə zəlzələ baş verib.

 

İnterAz xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) yeraltı təkanların Bakı vaxtı ilə saat 05:49-da qeydə alındığını bildirib. 

 

Zəlzələnin episentri Norveçə məxsus Yan Mayen adasındakı Olonkinbüen yaşayış məntəqəsinin 119 kilometr şimal-şərqində, 10 km dərinlikdə yerləşir. 

 

İnsan tələfatı və ya dağıntılar barədə məlumat verilməyib.