ABŞ İraqın İrandan qaz almasına müvəqqəti olaraq sanksiya tətbiq etməyəcək

İraq tərəfi Amerikaya bildirib ki bu prosesin baş tutması üçün İraqa 4 il lazımdır

Bakı, Gülnarә Quliyeva, İnteraz - 09 Noyabr 2018, 12:04

ABŞ İrana qarşı və ondan neft və qaz alan dövlətlərə qarşı sanksiyalar fonunda İraqa müvəqqəti güzəşt etdiyini bildirib.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bu barədə ABŞ-ın İraqdakı səfirliyi bəyanat verib.

 

Bildirilib ki, ABŞ hökuməti 45 gün ərzində İraqın İrandan qaz almasına güzəştlər edəcək.

 

İraq rəsmilərindən birinin verdiyi məlumata görə, İraq tərəfi ABŞ-dan bu müvəqqəti güzəştləri almağın qarşısında öhdəliklər verib. İraq rəsmisi bildirib ki, ABŞ bu güzəştləri İraqın İrandan neft və qaz kimi məhsulların idxalının alternativinin tədricən həll edilməsi qarşılığında verib.

 

İraq tərəfi Amerikaya bildirib ki bu prosesin baş tutması üçün İraqa 4 il lazımdır.

 

Qeyd edək ki, Amerikanın İraqa verdiyi güzəştlərə qida məhsulları və dərman peraparatları da daxildir. İraq İrandan 1300 müqavat elektrik enerjisi alır, həmçinin ölkədə olan elektrik stansiyalarının işə salınması üçün İrandan  qaz idxal edilir. Ekspertlər bildirib ki, elektrik enerjisi qıtlığından əziyyət çəkən İraq ABŞ-ın İrana qarşı sanksiyalarından əziyyət çəkəcək əsas dövlətlərdən olacaq.