Dünyanın ilk robot xəbər aparıcısı nümayiş etdirilib

Bununla bağlı Çinin mərkəzi televiziyası məlumat yayıb

Bakı, Gülnarә Quliyeva, İnteraz - 09 Noyabr 2018, 12:18

Çinlilər süni intellekt bazasında yeni robotu nümayiş etdiriblər. Robot bütün sutka boyu qonorar və məzuniyyət tələb etmədən xəbərlər proqramını aparmaq gücünə malikdir. 

 

İnterAz Life.ru-ya istinadən xəbər verir ki, bununla bağlı Çinin mərkəzi televiziyası məlumat yayıb. 

 

Bildirilib ki, kiberjurnalistin təqdimatı Çjetsyan bölgəsində keçirilən İnternetin idarə edilməsi üzrə ümumdünya konfransında baş tutub. 

 

Qeyd edilib ki, robot ölkədə tanınmış jurnalist Tsyu Xaonun səsi ilə xəbərləri səsləndirir.