2019-cu il ərzində Fransada yanacaq vergisi artırılmayacaq

Bunu çərşənbə günü ölkənin ekoloji keçid naziri Fransua de Rüji BFM telekanalının birbaşa efirində çıxışı zamanı deyib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 06 Dekabr 2018, 09:09

2019-cu il ərzində Fransada yanacaq vergisi artırılmayacaq.

 

İnterAz TASS-a istinadən xəbər verir ki, bunu çərşənbə günü ölkənin ekoloji keçid naziri Fransua de Rüji BFM telekanalının birbaşa efirində çıxışı zamanı deyib.

 

"Yanacaq vergisinin artırılması bütün 2019-cü il ərzində ləğv edilib", - deyə o bildirib.

 

Bundan əvvəl Fransanın baş naziri Eduar Filipp yanacaq vergisindən imtina edilə biləcəyini istisna etməyib.