Yəmən müharibəsi tərəflərinin İsveçdə danışıqları başlayıb

Yəmən müharibəsi 2015-ci ilin martında Səudiyyə Ərəbistanı koalisiyasının hərbi müdaxiləsindən sonra başlayıb

Bakı, Gülnarә Quliyeva, İnteraz - 06 Dekabr 2018, 11:21

Yəmən müharibəsi tərəflərinin bundan öncə Küveytdə nəzərdə tutulan danışıqları Səudiyyə Ərəbistanın addımları nəticəsində baş tutumamışdı. Beynəlxalq təzyiqlərdən sonra Səudiyyə Ərəbistanı Səna və husilərin nümayəndə heyətinin ölkəni tərk edərək, İsveçə yollanmasına icazə verib.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, Yəmən münaqişəsi tərəflərinin danışıqları bu gündən İsveçdə BMT-in vasitəçiliyi ilə baş tutur.

 

Məlumata görə həm Səna (husilər) nümayəndə heyəti həm də paytaxtdan qaçmış prezident Abdu-Rabbih Mansur Hadinin nümayəndə heyəti İsveçə çatıblar.

 

Səna nümayəndə heyətinin üzvü Əbdülqadir əl-Murtəzanın sözlərinə görə iki nümayəndə heyətinin ikitərəfli görüşü hələ nəzərdə tutulmayıb.

 

Məlumata görə sülh danışıqlarında qarşılıqlı şəkildə məhbus və əsirlərin azad edilməsi, atəşkəsin bərpası, yardım koridorlarının, hava limanları və dəniz limanlarının açılması və sair məsələlər müzakirə ediləcək.

 

Yəmən müharibəsi 2015-ci ilin martında Səudiyyə Ərəbistanı koalisiyasının hərbi müdaxiləsindən sonra başlayıb.