İrandakı partlayışda ölənlərin sayı açıqlanıb: Polis rəisi də olmaqda 4 nəfər həlak olub

Yaxında İmam Əli xəstəxanası qarşısında duran 6 mülki vətəndaş o cümlədən qadınar və uşaqlar yaralanıblar

Bakı, Gülnarә Quliyeva, İnteraz - 06 Dekabr 2018, 12:52

İranın Sistan-Bəliçistan əyalətinin sahildə yerləşən Çabəhar şəhərində bu gün səhər saatlarında partlayış törədilib. Terror aktında ölənlərin sayı açıqlanıb.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bir minalanmış maşının partladılması və kamikadzenin silahlı hücumu nəticəsində Çabəharın polis rəisi də daxil olmaqla 4 nəfər həlak olub.

 

Yaxında İmam Əli xəstəxanası qarşısında duran 6 mülki vətəndaş o cümlədən qadınar və uşaqlar yaralanıblar.

 

Bu terror hücumunun məsuliyyətini hələ heç bir qruplaşma üzərinə götürməyib.