İrandakı partlayışı öhdəsinə götürən terror qruplaşması məlum olub

Bildirək ki, sözügedən separatçı və radikal qruplaşmanın lideri Hişam Əzizi 2015-ci ilin aprelində əməliyyat zamanı zərərsizləşdirilmişdi

Bakı, Gülnarә Quliyeva, İnteraz - 06 Dekabr 2018, 14:10

İranın şərqində bir neçə dəfə terror aktı həyata keçirən “Ənsarul-Furqan” qruplaşması Çabəhar hücumunun məsuliyyətini öhdəsinə götürüb.

 

İnterAz bu barədə SalamNews-a istinadla xəbər verir.

 

Bildirək ki, sözügedən separatçı və radikal qruplaşmanın lideri Hişam Əzizi 2015-ci ilin aprelində əməliyyat zamanı zərərsizləşdirilmişdi.

 

Qeyd edək ki, bu gün Sistan-Bəluçistan əyalətinin sahildə yerləşən Çabəhar şəhərində polis idarəsi qarşısında bir minalanmış maşının partladılması nəticəsində bir zabit də daxil olmaqla 4 nəfər həlak olub və 6 nəfər yaralanıb.