Yüzlərlə suriyalı qaçqın bu gün Livandan ölkələrinə dönüblər

Bildirilib ki, Suriya-Livan sərhədində əd-Dabusə, əz-Zəmərani və Cədida-Yabus sərhəd keçidlərindən yüzlərlə qaçqın keçərək Suriyada qruplaşmalardan azad edilən bölgələrinə dönüblər

Bakı, Gülnarә Quliyeva, İnteraz - 06 Dekabr 2018, 15:38

Suriyadakı müharibədən dolayı Livana sığınmış suriyalılardan yüzlərlə qaçqın bu gün öz ölkələrinə dönüblər.

 

İnterAz bu barədə SalamNews-a istinadla xəbər verir.

 

Bildirilib ki, Suriya-Livan sərhədində əd-Dabusə, əz-Zəmərani və Cədida-Yabus sərhəd keçidlərindən yüzlərlə qaçqın keçərək Suriyada qruplaşmalardan azad edilən bölgələrinə dönüblər.

 

Əlavə edilib ki, ölkələrinə dönən suriyalı qaçqınlar ölkənin Homs, Dəməşq və Həma əyalətlərinin sakinləridir.

 

Qeyd edək ki, Suriya müharibəsi ölkənin bir milyon yarıma yaxın əhalisini Livana köç etməyə vadar etmişdi.